Bakıdakı İran Səfirliyi qarşısında aksiya keçiriləcək


Müsavat Partiyası aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Partiyanın sosial şəbəkə hesabları vasitəsilə məlumat yayılıb.
“Müsavat Partiyası noyabrın 15-də saat 15:00-da İranın Bakı səfirliyi qarşısında aksiya keçirəcək.
Aksiyada İranın anti-azərbaycan siyasəti və İranda dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz edilməsi nəzərdə tutulub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top