ABŞ döyüş təyyarələri İrana doğru irəliləyib - WP


Tehranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığı xəbərindən sonra ABŞ İrana döyüş təyyarələri göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Bildirilir ki, son kəşfiyyat hesabatları İranın Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilən ballistik raket və dron hücumları barədə xəbərdarlıq etdiyi üçün ABŞ Mərkəzi Komandanlığı Körfəz bölgəsində yerləşən döyüş təyyarələrini İrana doğru göndərib.
Bu addımın ABŞ və Səudiyyə Ərəbistanı qüvvələrinin ümumi artan döyüş hazırlığının bir hissəsi kimi atıldığı qeyd edilir.
Nəşr əlavə edir ki, təyyarələrin göndərilməsi Vaşinqton və Ər-Riyad arasındkı tərəfdaşlığın gücünü göstərmək üçündür.
Bundan əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti Səudiyyə və Amerika rəsmilərinə istinadən yazıb ki,  Səudiyyə Ərəbistanı  İranın krallıqdakı hədəflərə ehtimal olunan hücumu ilə bağlı ABŞ-a kəşfiyyat məlumatı ötürüb.
Qəzetin yazdığına görə, bu, Yaxın Şərqdə Amerika və digər silahlı qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəlməsinə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top