Azərbaycanın iki taekvondoçusu Avropa çempionu oldu - Fotolar


Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi başa çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Taekvando Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarış Azərbaycan idmançıları üçün uğurlu olub. Belə ki, baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında Buxarestə yollanan hər iki taekvondoçumuz vətənə qızıl medalla qayıdır.
Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək çempion tituluna yiyələniblər.

DİGƏR XƏBƏRLƏR

Top