Türkiyədə mədən partlayışı olub - Yaralananlar var


Türkiyənin Zonquldak vilayətindəki mədəndə gecə saatlarında partlayış olub.
Yeniavaz.com
“Demirören” xəbər agentliyinə istinadla xəbər verir ki, Kilimli rayonundakı mədən karxanasında baş verən partlayışda 4 nəfər yaralanıb.
Xəsarət alan işçilərin bədənlərində yanıq xəsarətləri aşkarlanıb.
Türkiyə Daşkömür İdarəsinin xilasetmə qrupları mədəndəki partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
Faktla bağlı istintaq başladılıb.
Qeyd olunur ki, mədən rayonda fəaliyyət göstərən özəl şirkətə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top