Ukrayna ordusu bir batalyonu məhv edib - "500-dən çox ölü var"


Luqansk vilayətinin Svatovski rayonunda Ukrayna hərbçiləri Voronej vilayətindən səfərbər edilmiş ruslardan ibarət batalyonu məhv edib.
Yeniavaz.com
xəbər verir ki, Rusiyanın “Layout” nəşri yüzlərlə itkinin olduğunu yazıb.
Nəşr sağ qalan rus hərbçilərinə və səfərbər olunanların yaxınlarına istinadən xəbər verir ki, hadisə Makeevka kəndi yaxınlığında baş verib.
Rusiyalı hərbçi Aleksey Aqafonov hesab edir ki, orada 500-dən çox rus hərbçisi ölüb. Onun sözlərinə görə, səfərbər olunanlar 2079-cu hərbi hissədə təlim keçiblər. Batalyon komandiri onları “ərazi müdafiəsi”nə hazırladıqlarını bildirsə də, noyabrın 2-nə keçən gecə bütün batalyon təmas xəttinə aparılıb.
"Atışma başlayanda zabitlər dərhal qaçdılar. 570 nəfərdən 29-u sağ qalıb, 12 nəfər yaralanıb, qalanların hamısı ölüb”, - deyə Aqafonov bildirib.
Rusiya hərbçilərinin məlumatına görə, bu mövqelərdə daha əvvəl səfərbər edilmiş ruslardan ibarət ən azı daha bir batalyon məğlub edilib.

DİGƏR XƏBƏRLƏR

Top