İran daşıyıcı raketi sınaqdan keçirdi


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)  "Gaem-100" daşıyıcı raketini uğurla sınaqdan keçirdiklərini bildirib,
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, bu, tamamilə İranda hazırlanmış və yığılmış raketdir. SEPAH-ın məlumatına görə, o, çəkisi 80 kq-a qədər olan peykləri orbitə çıxarmağa qadirdir. İranın ilk üç pilləli bərk yanacaq daşıyıcı raketidir. Sınaq zamanı o, suborbital uçuş həyata keçirib.

DİGƏR XƏBƏRLƏR

Top