Pakistanda İmran Xanın çıxışlarının yayımlanması qadağan edildi


Pakistanın Elektron Media Tənzimləmə Təşkilatı keçmiş Baş nazir İmran Xanın çıxışlarının yayımını qadağan edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb dövlət qurumlarının sui-qəsddə iştirakı iddialarının dilə gətirilməsi olub.
Pakistan Elektron Media Tənzimləmə Təşkilatından (PEMRA) verilən açıqlamada, Xanın çıxışlarının və mətbuat konfranslarının bütün peyk kanallarında yayımlanmasının qadağan edildiyi açıqlanıb.
Xatırladaq ki, İmran Xana silahlı hücumdan sonra o, hadisədə bir çox dövlət qurumlarını günahlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top