Vətən müharibəsinin 40-cı günü: Şuşa əməliyyatı - Video


İki il əvvəl, noyabrın 4-də Vətən müharibəsinin 40-cı günü idi. Həmin ərəfələrdə artıq Şuşanın işğalçılardan azad edilməsi üçün xüsusi təyinatlılar əməliyatlara hazırlaşırdı.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Şuşaya xüsusi təyinatlılardan əvvəl onların adı gəlir. Düşmən Yaşma adını eşidəndə artıq mövqeləri boşaltmağa başlayır. Çünki onlar bilirdilər ki, hər an xüsusi təyinatlıların pusqusunun qurbanı ola bilərlər.

Pusqu xüsusi təyinatlıların hər zaman əsas tapşırığı olub. Bütün əməliyyatlarda ərazinin azad edilməsi planından əvvəl, pusqu nöqtələri təyin edilib. Bununla da istənilən döyüş əməliyyatına yardıma gələn qüvvələr gözlənilmədən yarı yoldaca məhv edilib.

Daşaltının taleyinin həll edilməsi və xüsusi təyinatlıların Şuşaya qala divarlarından daxil olması artıq küçə döyüşlərinin başlanması idi.

Əməliyyatlar bir qayda olaraq, Qubadlı, Laçın və Xocavənd istiqamətlərində də davam edirdi. Düşmən Suqovuşana nəzarəti geri qaytarmaq üçün diversiya əməliyyatlarını dayandırmırdı.

Bütün cəhdlər boşa çıxır. Şuşada olan xüsusi təyinatlıların tank əleyhinə heç bir vasitəsi olmadığını bilən düşmən yenidən qüvvələrini toplayaraq gecə ilə Şuşaya hücuma hazırlaşır. Qala divarlarının ən çətin döyüşləri başlayır.

DİGƏR XƏBƏRLƏR

Top