
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, təltif olunanlar içərisində uşaq evində böyüyən gizir Əhmədov Səbuhi Fuad oğlu da var.