Moldovanın 5 rayonunda hökumət əleyhinə etiraz aksiyaları keçirildi


Moldova Sosialist Partiyası ölkənin beş regionunda hökumət əleyhinə aksiyalar keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Moldova müxalifətinin saytında məlumat verilib.
“Bu gün Drokhi, Taraclia, Cahul, Ungheni və Cimislia rayonlarında mövcud rejim tərəfindən həyata keçirilən sui-istifadələrə, anti-sosial və dövlət əleyhinə siyasətlərə qarşı yeni etiraz aksiyaları keçirilib. Sosialistlərin əsas məqsədi növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmaq üçün etirazları davam etdirmək və cəmiyyəti konsolidasiya etməkdir”, - partiyanın bəyanatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top