Hindistanın ilk rəsmi seçicisi 106 yaşında öldü


Hindistan tarixində ilk rəsmi seçici Şyam Saran Negi Himaçal Pradeş ştatının şimalındakı evində 106 yaşında vəfat edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat yayıb. Həmin şəxsin ömrü boyu müxtəlif səviyyəli seçkilərdə 34 dəfə səs verdiyi bildirilib.
Negi, 5 oktyabr 1951-ci ildə Hindistanın 1947-ci ildə müstəqillik qazanmasından sonra keçirilən ilk müstəqil ümumi seçkilərdə səs verəndə Kalpa dağ kəndində məktəb müəllimi idi. Negi o zaman gənc ölkədə səs verən ilk rəsmi qeydiyyatdan keçmiş seçici idi və bununla da adını Hindistan tarixinə yazdırdı. O, həm də həmkəndlilərinin səsverməyə gəlməsi üçün təbliğat aparıb. Hindistanın ilk rəsmi seçicisi sonuncu dəfə poçt vasitəsilə 2022-ci il noyabrın 2-də səs verib.

DİGƏR XƏBƏRLƏR

Top