Mingəçevirdə ağacəkmə kampaniyası keçirildi - Fotolar


Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq şəhərin müxtəlif ərazilərində Zəfər Günü münasibəti ilə ağacəkmə kampaniyası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, kampaniyada Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatı sədrinin müavini və fəalları, ictimaiyyət nümayəndələri və mətbuat işçiləri də iştirak ediblər.
Ümumən şəhər üzrə 1200 ədəddən çox müxtəlif növ ağac tingləri əkilib.
Tədbirdə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi kollektivinin, Tibb Kollecinin müəllim və tələbələrinin iştirakı daha çox diqqəti cəlb edib.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top