Baş Prokurorluqda FHN-in müstəntiqləri barədə araşdırmalara başlanıldı


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsinin 2 müstəntiqi - Zaur İslamov və Rüfət Nuriyev barəsində araşdırmalara başlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Report-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, FHN-ə hər iki şəxs barəsində vətəndaşların şikayətləri daxil olub. Daha sonra nazirlikdə araşdırma aparılıb və toplanılan materiallar baxılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Hər iki şəxs İdarəyə dəvət olunub və hazırda onların barəsində araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top