Azərbaycanda “iPhone” almaq üçün neçə gün işləmək lazımdır?


“Picodi” ekspertləri növbəti “iPhone indeksi 2022”ni dərc ediblər. Onlar “iPhone 14 Pro(128Gb)” smartfonunun ölkələr üzrə mövcud qiymətini və aylıq orta əmək haqqını müqayisə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
O bildirib ki, adı çəkilən qurumun statistikasına görə Azərbaycanla bağlı vəziyyət ötən illə müqayisədə müsbətə doğru 10 gün dəyişib. Bu müqayisəyə görə orta statistik azərbaycanlı “iPhone” almaq üçün 83 gün işləməlidir:
“Ən yaxşı vəziyyət İsveçrədədir. Burada 4-5 gün işləmək kifayətdir ki, bir “iPhone” alasan. Bu indeksə görə orta statistik amerikalı bir “iPhone” üçün 5-6 gün sərf etməlidir”.
Keçmiş sovetlər birliyi ölkələrində ən yaxşı vəziyyət Estoniyadadır, bu ölkədə 21 gün işləyib bir “iPhone” almaq olar.
Qurumun ekspertləri “iPhone” indeksini hazırlayarkən bu telefonun mağazalardakı rəsmi satış qiymətlərini və statistika qurumlarından əldə olunan aylıq orta əmək haqqı göstəricilərini müqayisə edirlər. 2018-ci ildən başlayaraq belə indeks dərc olunur”.

DİGƏR XƏBƏRLƏR

Top