İranda şərlənərək həbs edilən Şəhriyar Del Gerani danışdı - Video


İran təkcə güneydə yaşayan soydaşlarımıza yox, hətta bu ölkəyə turist kimi gedən azərbaycanlılara belə təzyiq etməkdən çəkinməyib.
Yeniavaz.com
xəbər verir ki, illər öncə fars-molla rejimi tərəfindən  şərlənərək həbsə atılan şair Şəhriyar Del Gerani başına gələnləri "Xəzər Xəbər"ə danışıb.
Şair Şəhriyar Del Gerani əslən Təbrizdəndir. O, 2012-ci ildə dostu ilə birgə İrana səfəri zamanı orada olan soydaşlarımızın hüquqlarını müdafiə etdiyi üçün həbsə atılıb.
Azərbaycan gənclərini haqsız yerə həbs etdikləri az deyilmiş kimi, bir də onları dünyaya terrorist kimi təqdim edirdilər.
Şair deyir ki, əsrlər keçməsinə və molla rejiminin təzyiqlərinə baxmayaraq, Azərbaycan dili hələ də orada qorunub saxlanır.
Uzun illər molla rejiminin gerçək xislətinə bələd olan hər bir azərbaycanlının ürəyi indi Arazın o tayında döyünür. İndi güneydəki soydaşlarımızın öz haqlarını bərpa etmələri üçün geri sayım çoxdan başlayıb. Biz inanırıq ki, onlar arzu etdikləri milli türk dövlətini öz mübarizə əzmləri ilə quracaqlar.

DİGƏR XƏBƏRLƏR

Top