Mingəçevirdə Zəfər Gününə həsr olunmuş tədbir keçirildi


Mərkəzi Aran Regional Təhsil İdarəsinin və və Mingəçevir Şəhər Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Zəfərin işığında"adlı  Mingəçevir şəhəri Dövlət Dram Teatrında 8 Noyabr – Zəfər Gününün ikinci ildönümünə həsr olunan tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhəri İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri, qazilər və müharibə veteranları iştirak ediblər.
Tədbir Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin  şagirdlərin ifasında şeirlər, mahnılar ,rəqslər və ədəbi-bədii kompozisiyalarla davam edib.
Esmira Hidayətova,Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top