![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/4/8/1/ef86b864-4281-46da-a660-d455a600944b/abs-ukraynaya-gonderilen-silahlar.jpg)
Niderland Müdafiə Nazirliyi Ukraynaya tanklar və digər silahların daxil olduğu 120 milyon avroluq yeni hərbi yardım paketini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
" Niderland yenidən Ukraynaya ağır hərbi texnika tədarük edir. Paketin ümumi dəyəri 120 milyon avro təşkil edir ki, bunun da 45 milyon avrosu T-72 tankları üçün nəzərdə tutulub", - Müdafiə Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir. Ukraynanın gələn ay tankların bir hissəsini alacağı gözlənilir.