ABŞ Ermənistandakı vətəndaşlarına çağırış etdi


ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müxalifət hərəkatının paytaxt İrəvanda noyabrın 5-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Sputnik-Armenia" məlumat yayıb.
Bildirilib ki, xəbərdarlığa səbəb toqquşma və iğtişaşlar təhlükəsidir. Nümayişlər gözlənilməz ola bilər.
"Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və zorakı hərəkətlərə çevrilə bilər. Ərazidən qaçın, yeniliklər barədə yerli medianı yoxlayın, izdihamdan və nümayişlərdən qaçın. Dostlarınızı və ailənizi xəbərdar edin”, - diplomatik nümayəndəlikdən bildiriblər.
Xatırladaq ki, noyabrın 5-də Ermənistan müxalifəti Fransa meydanında mitinq keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top