Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 469 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 201 nəfər müalicə olunaraq sağalıb, 9 953 nəfər vəfat edib, aktiv xəstə sayı 315 nəfərdir. Ölkədə son sutka ərzində 1 935, hazırkı dövrədək isə 7 329 356 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 379 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 78, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 207, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 25 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 912 976, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 435, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 815, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 387 568, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 158 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top