“Qarabağ” UEFA reytinqində gerilədi


Avrokubokların qrup mərhələsinin VI turu başa çatdıqdan sonra UEFA klubların reytinq siyahısını açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan “Top-100”də yalnız “Qarabağ” komandası ilə təmsil olunub.
Avropa Liqasında “Frayburq”la heç-heçə edən (1:1) Ağdam klubu xal hesabını 25,000-a çatdırıb.
Bu nəticə ilə təmsilçimiz ötən həftə ilə müqayisədə bir addım gerilələyərək PAOK və “Krasnodar”la 66-cı pilləni bölüşüb.
Qeyd edək ki, cədvələ 131,000 xalla İngiltərənin “Mançester Siti” klubu başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top