"Göyçayda 14 yaşlı qız ərə verilir" - DİN araşdırır


Sabah Göyçaydan olan 14 yaşlı qızın Ağsuda toyu keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kamalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
“Göyçay Rayon İcra Hakimiyyəti, məlumat üçün bildirirəm ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur. Ağsuya ərə verilir. Kəndin icra nümayəndəsi də “prokat” qab qaşığını artıq verib”, - paylaşımda bildirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, müraciət nəzarətə götürülüb.
 

DİGƏR XƏBƏRLƏR

Top