Azərbaycandan xaricə 14 min diri at satılıb – Qiymətlər...


Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan xarici ölkələrə 1977 ədəd diri at satılıb.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə at ixracı 18 dəfə artıb. Belə ki, 2021-ci ilin ilk 8 ayında Azərbaycandan xaricə cəmi 111 at satılıb. 
Bu il xaricə satılan bir baş atın orta gömrük dəyəri 175 dollar (297 manat) olub. Ötən ilin eyni dövründə atlar xaricə daha baha satılıb. 2021-ci ilin ilk 8 ayında xaricə satılan bir atın orta gömrük dəyəri 222 dollar (377 manat) olub.
Xəbəri rus dilində oxuyun: Из Азербайджана за рубеж продано 14 тысяч живых лошадей - Цены...

Məlumat üçün qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə 2016-cı ildə başlanıb və bu ilin sentyabrt ayına kimi kimi 13 min 840 baş diri at satılıb.
İllər üzrə ixrac olunan diri atların sayı və qiyməti aşağıdakı kimi olub:
İllər Atların sayı Bir baş atın
gömrük dəyəri
2016 1155 baş 141 dollar
2017 7619 baş 148 dollar
2018 2071 baş 149 dollar
2019 461 baş 188 dollar
2020 208 baş 183 dollar
2021 349 baş 196 dollar
2022 Yan.-Avq. 1 977 baş 175 dollar

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top