Ohanyan və Qasparyan məsuliyyətə cəlb oluna bilər - KİV


Daha əvvəl xəbər verdiyimiz kimi, Qarabağdakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyanın “baş müşaviri” vəzifəsini icra edən Mikael Arzumanyan İrəvana gedərkən saxlanılıb. Daha sonra o, 44 günlük Vətən müharibəsində “Şuşanın müdafiəsi”nin təşkilində etdiyi səhlənkarlığa görə həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, Ermənistanın “İravunk” qəzeti Arzumanyanın cinayət işində yeni detalların olması barədə məlumat yayıb.
“Cinayət işində Ermənistanın keçmiş müdafiə naziri, müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın da adının hallanacağı istisna deyil. Arzumanyan öz keçmiş həmkarlarından heç kimə, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyana da rəhm etməmək qərarına gəlib”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top