Nazirlikdən Sumqayıt Dram Teatrında maaşların gecikdirilməsi ilə bağlı - Açıqlama


Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Dram Teatrının bir qrup aktyoru mədəniyyət naziri Anar Kərimova videomüraciət ünvanlayıb. Onların müraciətinə əməkhaqlarının azlığı və gecikdirilmə ilə verilməsi səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, Mədəniyyət Nazirliyi aktyorların maaşların gecikdirilmə ilə verilməsi iddialarını yalanlayıb.
Bu barədə Nazirliyin sözçüsü Nuridə Allahyarova Yeniavaz.com-a bildirib:
“Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib. Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top