İsrail Qəzzaya raket zərbələri endirib


İsrail ordusu noyabrın 4-də Qəzza zolağına hücum edib. Hücum "Həmas" yaraqlılarının raket hücumlarına cavab olaraq həyata keçirilib.

Yeniavaz.com “Korrespondent”ə istinadən xəbər verir ki, İsrail aviasiyası Qəzza zolağının mərkəzi hissəsində yerləşən yeraltı hərbi obyektə zərbə endirib.
Qeyd olunur ki, hazırda zərərçəkənlər barədə məlumat yoxdur.
“Təyyarələr Qəzza zolağının mərkəzi hissəsində, "Həmas"a məxsus raketlərin hazırlanması və istehsalı üçün ayrılmış yeraltı hərbi obyektə hücum ediblər” - İsrail Müdafiə Nazirliyi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top