Gürcüstanda gənclər 36 dollara trolluq ediblər: "Müxalifəti ələ salmalı idik"


Gürcüstanda gənclər 36 ABŞ dolları qarşılığında trol fəaliyyətinə cəlb olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Open Caucasus Media”nın yaydığı məlumatda bildirilib.
Bildirilib ki, 17 yaşında Nino (ad şərtidir) seçkilərdən əvvəl ölkənin hakim partiyasında işləmək həvəsi ilə “Gürcü Arzusu”nun (Gürcüstanın hakim partiyası) gənclər qanadına qoşulub:
“Mən yaşda olan qızlardan ibarət komandada idim və hamımız xoşbəxt idik. Qrupda 28 qız var idi. Bizim əsas vəzifəmiz Rustavidə keçiriləcək növbədənkənar seçkilər ərəfəsində “Gürcü Arzusu”na səs toplamaq idi. Bizdən “Gürcü Arzusu”nu dəstəkləyənlərin postlarının şərhlərinə mavi ürəklər qoymağı, həmin postları bəyənməyi, həştəqlərdən istifadə etməyi, namizədlərə seçkilərdə uğurlar arzulamağı və öz səhifələrimizdə paylaşımlar etməyi xahiş etdilər. Həmçinin, müxalifəti ələ salmalı idik. Qrupumuza Mixeil Saakaşvilinin yazılarının altında şərh yazmağı bildirdilər. Bizə dedilər ki, “haha” ilə reaksiya verərək onu aşağılamaq və ya rüsvay etmək üçün nəsə yazaq”.
Onlara ayda 300-400 lari vəd edilsə də, bunun yalan olduğu ortaya çıxıb. Nəhayət, bütün üç ay ərzində hər birinə cəmi 100 lari (36 dollar) maaş verilib.

DİGƏR XƏBƏRLƏR

Top