Prezidentin işdən çıxardığı Elnur Əliyev: "Yaxın zamanlarda hər şey aydınlaşar"


DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanıldığı iddia edilən sabiq nazir müavini Elnur Əliyev açıqlama verib.

Yeniavaz.com "Gununsesi.info"ya istinadən xəbər verir ki, Elnur Əliyev evində olduğunu bildirib:
“Hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”.
Qeyd edək ki, Elnur Əliyevin DTX tərəfindən saxlanıldığı, daha sonra isə sərbəst buraxıldığı iddia edilib.
Xatırladaq ki, o, ötən gün prezidentin müvafiq sərəncamı ilə nazirin birinci müavini vəzifəsindən azad olunub.

DİGƏR XƏBƏRLƏR

Top