"Biz İranı azad edəcəyik" - Bayden


ABŞ prezidenti Co Bayden seçki kampaniyası çıxışında İranı “azad edəcəyinə” söz verib və bildirib ki, nümayişçilər tezliklə özlərini azad etməyə nail olacaqlar.

Yeniavaz.com “Reuters”a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Kaliforniyada onlarla nümayişçinin əllərində iranlı etirazçıları dəstəkləyən pankartlar tutduğu geniş miqyaslı seçki kampaniyası çıxışında belə deyib:
"Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər”.
Qeyd edək ki, İranda artıq 7 həftədir davam edən nümayişlər əxlaq polisinin nəzarətində olan 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayıb. Sentyabrın 16-da başlayan etirazlar kütləvi hal alıb və artıq qarşıdurmalar nəticəsində yüzlərlə ölən var.

DİGƏR XƏBƏRLƏR

Top