“Qarabağ”ın Konfrans Liqasındakı potensial rəqibləri


Ötən gün Avropa Liqası və Konfrans Liqasının qrup mərhələsi başa çatıb. Bununla da mübarizəni Konfrans Liqasının 8/1 və 1/16 final mərhələlərində davam etdirəcək bütün klubların adı bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” klubu da mübarizəni Konfrans Liqasında davam etdirəcək.
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri də müəyyənləşib.
Bunlar “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Lex” (Polşa), “Partizan” (Serbiya), “Dnepr-1” (Ukrayna), “Genk” (Belçika), “ÇFR Kluj” (Rumıniya) və “Bazel” (İsveçrə) klublarıdır.
Məlumat üçün bildirək ki, “Qarabağ” ötən gün Bakıda AL-in qrup mərhələsinin sonuncu, altıncı turu çərçivəsində Almaniyanın “Frayburq” komandası ilə bərabərliyə razılaşıb, 1-1. Bu nəticə ilə 8 xalla qrup üçüncüsü olan Ağdam klubu mübarizəni Konfrans Liqasında davam etdirməli olub. Pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 7-də keçiriləcək.
“Qarabağ” 1-1 “Frayburq” matçının icmalını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top