İzmirdə zəlzələ: Dağıntı və xəsarət alanlar var - Video


Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi saat 03:29-da (Bakı vaxtı ilə 04:29) İzmir vilayətinin Buca rayonunda 4,9 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kandilli Rəsədxanası isə zəlzələnin maqnitudasının 5,1 olduğunu açıqlayıb.
Zəlzələdən sonra yerli vaxtla saat 04:30-a qədər 13 silkələnmə daha baş verib ki, onların da ən böyüyünün maqnitudası 2,4 olub.
Zəlzələ nəticəsində Konak rayonundakı Səlahəddinoğlu məscidinin minarəsi yararsız hala düşüb.
Ölən olmasa da, iki vətəndaş hündürlükdən tullanaraq xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top