"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşdı


Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.

Yeniavaz.com xəbər verir ki, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsində son matçına çıxıb. Həm ilk yarıda, həm fasilədən sonra üstün oyun nümayiş etdirən Qurban Qurbanovun yetirmələri məğlubiyyətdən qaça bilməyib. Düzdür, təmsilçimiz penalti və qola sevinib. Amma hər iki halda VAR-ın müdaxiləsi ilə qərar ləğv edilib. Kevin Medinanın qırmızı almasından sonra azlıqda qalan “Qarabağ” hücumlarına ara verməyərək məğlubiyyətdən qaçıb. Ovusu Kvabena bərabərlik qoluna imza atıb – 1:1.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun püşkü noyabrın 7-də atılacaq, qarşılaşmalar 2023-cü ildə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top