Avtomobilin nömrəsini saxtalaşdırdı, cərimə başqasına yazıldı


Bakıda avtomobilinin nömrəsini saxtalaşdırıb idarə edən sürücü saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, DYP əməkdaşları Bakıda “Lifan” markalı avtomobilin dövlət qeydiyyat nişanında şübhəli görüntü müşahidə ediblər. Baxış keçirilərkən məlum olub ki, sürücü 01-BC-449 qeydiyyat nişanındakı “9” rəqəmini süni üsulla “8”ə çevirib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, həmin şəxs tutulara məsuliyyətə cəlb edilib.
“Sözügedən sürücüyə İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi (dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etmək) ilə məsuliyyət nəzərdə tutulur. Araşdırma zamanı məlum olub ki, həmin sürücünün ödənilməmiş 1500 manat cəriməsi də var. Bu cür hərəkətlər qayda pozuntusu olmaqla yanaşı, digər şəxslərin də hüquqlarının pozulması deməkdir. Çünki həmin sürücünün törətdiyi xətalara görə cərimələr etdiyi saxtakarlıqla digər yəni nömrənin əsl sahibinə yazılıb. Xətanı törədən şəxsin ucbatından başqa şəxslərə yazılmış cərimələr avtomatik olaraq silinəcək”, - deyə o məlumatda bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top