Arif Babayevin ölüm xəbəri yayıldı


Azərbaycanın Xalq artisti Arif Babayevin ölüm xəbəri yayılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Ancaq, Xalq artistinin yaxınları bildirib ki, sözügedən məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayev 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xalq artisti “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top