Şimali Koreya Yapon dənizinə daha üç raket atdı


Şimali Koreyanın Yapon dənizinə doğru daha üç raket atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, Şimal Hvanqhae-Bukto əyalətinin Goksan rayonundan üç qısa mənzilli ballistik raket atılıb. Ehtimal edilir ki, onlardan biri “Hvason-17” qitələrarası ballistik raket, digər ikisi isə qısa mənzilli raketlər olub.
Xatırladaq ki, Koreya yarımadasındakı vəziyyət ABŞ və Cənubi Koreyanın 240-a yaxın təyyarənin iştirak etdiyi "Vigilant Storm" təliminə başlaması ilə gərginləşib. Elə həmin gün Pxenyan "müharibə üçün məşq" adlandırdıqları manevrləri tənqid edib, Vaşinqton və Seulun Şimali Koreyanı işğal etmək qərarına gəldiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top