
Brüsseldə Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdiyi Azərbaycan və Ermənistan sərhəd komissiyalarının 3-cü iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa İttifaqı rəsmisi Stefano Sannino sosial şəbəkə hesabında paylaşım edib.
“Avropa İttifaqı tərəfləri yerlərdə təhlükəsizliyi yaxşılaşdırmaq və delimitasiya üzrə irəliləyişə nail olmaq üçün addımlar atmağa çağırır”, - paylaşımda bildirilib.
Pleased to welcome to Brussels 🇦🇲 and 🇦🇿 border commissions led by DPMs Mher Grigoryan and Shahin Mustafayev for their 3rd meeting. The European Union urges the sides to take steps to improve security on the ground and to achieve progress on delimitation. pic.twitter.com/LCZecqoC2J
— Stefano Sannino (@SanninoEU) November 3, 2022