Mingəçevirdə narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib


Mingəçevir şəhərində yerləşən 16 nömrəli tam orta məktəbdə narkomaniya, onun fəsadları və yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə şagirdlərlə yanaşı valideynlər də iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, əvvəlcə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev çıxış edib və tədbir iştirakçılarına bu barədə ətraflı məlumat verib.
Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı slaydlar vasitəsilə narkotik vasitələrin təhlükələrini ətraflı izah edib.
Mingəçevir Narkoloji Dispanserinin həkim-narkoloqu Zeynəb Balakişiyeva şagirdlərə bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın insan sağlamlığına vurduğu ziyandan bəhs edib.
Polis Akademiyasının şəxsi heyətlə iş üzrə şöbəsinin inspektoru, polis kapitanı İlqar Quliyev 9-10-11-ci sinif şagirdləri ilə Polis Akademiyasının tarixi və sağlam həyat tərzinin təbliği ilə bağlı söhbətlər aparıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top