İmran Xana sui-qəsd nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb – Yenilənib


Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pəncab əyalət polisinə istinadla məlumat yayıb.
Ölənin Müəzzəm Nəvaz adlı şəxs olduğu bildirilib. Onun şəxsiyyəti barədə məlumat verilmir. 

***17:48
Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı ayağından 3-4 güllə yarası alıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə onun partiyasının üzvləri bildirib.
Sabiq Baş nazirin hazırda xəstəxanaya yerləşdirilib. Yarasının yüngül olduğu bildirilib. 

***16:12
Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub. O, Qucranvala şəhərində siyasi yürüş zamanı açılan atəş nəticəsində ayağından vurulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistan mətbuatında məlumat yayılıb.
Bildirilib ki, Xanın rəhbərlik etdiyi “Təhrik-i-İnsaf” (Ədalət Uğrunda Hərəkat) siyasi hərəkatının daha bir neçə üzvü yaralanıb.
Qeyd edilib ki, şübhəli şəxs saxlanılıb.
Məlumat üçün bildirək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.

DİGƏR XƏBƏRLƏR

Top