Ceyhun Bayramov və Mirzoyan Vaşinqtonda görüşəcək - XİN + Yenilənib


Bəli, həqiqətən də yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.

***15:56
ABŞ dövlət katibi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, görüş bir neçə günə baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top