Sabiq deputatı və Vergi Xidmətini məhkəməyə verdilər


2010-2020-ci illərdə Milli Məclisin deputatı olan Nəriman Əliyevə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iddiası bu gün - 03.11.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.
Qaldırılan iddia müqavilənin etibarsız hesab edilməsilə bağlıdır.
Onu da bildirək ki, iddia Abdullayev Əfqan Arif oğlu tərəfindən qaldırılıb. Əfqan Abdullayev daha əvvəl sabiq deputat  Nəriman Əliyevə məxsus olduğu bildirilən “Ştutqart” MMC-nin direktoru oldub.

DİGƏR XƏBƏRLƏR

Top