Mingəçevirdə mağazalarda güclü yanğın olub - Video


Mingəçevirdə mərkəzi bazar yaxınlığında bir dam altında tikilən iki mağazada güclü yanğın olub.
Yeniavaz.com
xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Ədviyyat, quru meyvələr, ət köşkü kimi fəaliyyət göstərən obyektlər qəfil alovlanıb.
Hadisə şahidləri yanğının elektrik naqillərində yaranan qısa qapanmadan sonra baş verdiyini bildiriblər. Alov tez bir zamanda ətrafa yayıldığından hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Yanğını söndürmək mümkün olsa da, mağazalarda satılan məhsullar yanaraq yararsız hala düşüb. Obyekt sahiblərinə xeyli ziyan dəyib.
Mingəçevir şəhərində baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.
Bildirilib ki, Mingəçevir şəhərində ümumi sahəsi 54 m² olan bir dam altında tikilən iki mağazanın yanar konstruksiyaları 38 m² sahədə yanıb. Hər iki mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top