Mübariz Mənsimov şəhidin qardaşı ilə danışdı: Səbuhinin adı gəmiyə veriləcək – Video


"Palmali" Şirkətlər Qrupunun sədri Mübariz Mənsimov şəhid Səbuhi Əhmədovun adının şirkətin bu yaxınlarda suya buraxacağı yeni gəmiyə veriləcəyini bildirib.

Yeniavaz.com xəbər verir ki, Mübariz Mənsimov özünün feysbuk səhifəsində paylaşım edib.
""Palmali"nin daha bir gəmisi şəhid Səbuhi Əhmədovun adını daşıyacaq. Bu şəhidimizi xüsusi təqdim etməyə ehtiyac duymuram, çünki Səbuhini tanımayan insan yoxdur. Səbuhi və Sənan Əhmədov qardaşları uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və uşaq evlərindən birində böyüyüblər. Səbuhi Əhmədov 2020-ci ildə Vətən müharibəsində əvvəldən sona qədər qəhrəmancasına savaşıb. “Cəsur döyüşçü” medalı ilə təltif edilib. 2022-ci ilin 12-13 sentyabrında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Bu gün mən şəhidin yeganə ailə üzvü olan qardaşı Sənana zəng etdim və gəmiyə onun qardaşı Səbuhi Əhmədovun adının verilməsi xəbərini verdim, qardaşı Sənandan xeyir dua aldım. Şəhidimiz Səbuhi, qardaşı Sənan, eyni zamanda, mənim qardaşlarımdır. Və mən qardaşımın, qardaşlarımın adını dünyada tanıtdırmaq üçün əlimdən gələni edəcəm”, - paylaşımda deyilir.
M. Mənsimov bununla bağlı şəhidin qardaşı Sənan Əhmədovla da telefonda danışıb.
O, həmin anların görüntülərini də paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top