“Qarabağ”ın pley-offdakı potensial rəqibləri: “Barselona”, “Yuventus”...


Ötən gün Çempionlar Liqasının qrup mərhələsi başa çatıb. Bununla da yarışın 8/1 final mərhələsinə yüksələn və mübarizəni Avropa Liqasında davam etdirəcək bütün klubların adı bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, belə olan halda, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri də müəyyənləşib.
Bunlar “Ayaks” (Niderland), “Bayer” (Almaniya), “Barselona” (İspaniya), “Sportinq” (Portuqaliya), “Salzburq” (Avstriya), “Şaxtyor” (Ukrayna), “Sevilya” (İspaniya), “Yuventus” (İtaliya) klublarıdır.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Avropa Liqasının sonuncu, altıncı turu çərçivəsində bu gün Almaniyanın “Frayburq” komandasını Bakıda qəbul edəcək. Bu və qrupunun digər “Olimpiakos” (Yunanıstan) - “Nant” (Fransa) oyununun nəticəsindən asılı olaraq “Qarabağ”ın qrupdan çıxmasına aydınlıq gələcək. Ağdam klubu 5 turun nəticələrinə əsasən 7 xalla qrup ikincisidir.

DİGƏR XƏBƏRLƏR

Top