
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı olan “TOGG” avtomobili istədiyini deyib.
Yeniavaz.com xəbər verir ki, Ərdoğan bu barədə ölkə teıeviziyalarına müsahibəsində deyib.
“Həyat yoldaşım qırmızı rəngi bəyəndi, qırmızı rəngi götürəcəyik. İkinci bir təklif İlham Əliyevdən gəldi. İki avtomobil də mən istəyirəm dedi. Bildirdi ki, birini özü istifadə edəcək, digərini Prezident Administrasiyasına verəcək. TOGG satışa çıxanda rəqabətədavamlı olacaq. O, 0-dan 100 kilometrə 4,8 saniyəyə çata bilir”, - deyə o qeyd edib.