Serbiya yığması Bakıdakı Dünya Kubokuna qatılmayacaq


5-6 noyabrda Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.

Azərbaycan Güləş Federasiyasından Yeniavaz.com-a verilən məlumata görə, Serbiya yığması bu yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVİD-19 virusu aşkarlanıb.

Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib.

Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top