Rusiya hansı halda nüvə silahından istifadə ediləcəyini açıqladı


Nüvə silahının istifadəsinə Rusiya Federasiyası tərəfindən yalnız kütləvi qırğın silahları ilə təcavüzə cavab olaraq və ya dövlətin mövcudluğuna təhlükə yarandıqda icazə verilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nüvə müharibəsinin qarşısının alınması ilə bağlı bəyanatında bildirilib.
"Rusiya Federasiyası əmindir ki, hazırkı təlatümlü vəziyyətdə birinci prioritet nüvə dövlətlərinin hər hansı hərbi toqquşmasının qarşısını almaqdır.
Rusiya Federasiyası nüvə beşliyinə daxil olan ölkələri kütləvi qırğın silahları ilə təxribatları təşviq etməyi dayandırmağa çağırır. Rusiya Federasiyası strateji sabitliyə əsaslanan daha dayanıqlı beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasını müdafiə etməkdə davam edir", deyə bəyanatda vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top