Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 117 nəfər müalicə olunaraq sağalıb, 9 951 nəfər vəfat edib, aktiv xəstə sayı 301 nəfərdir.
Ölkədə son sutka ərzində 2 188, hazırkı dövrədək isə 7 325 464 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 491 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 84, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 278, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 50 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 912 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 236, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 664, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 387 188, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 097 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top