“Paşa Sığorta” bu marşrut xətlərinin sahibini məhkəməyə verdi


Azərbaycanın ən böyük sığorta şirkəti olan “Paşa Sığorta” ASC paytaxtın əsas müntəzəm marşrut xətlərinə sahib olan “Çinar-Trans” MMC–yə (VÖEN- 1600246751) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
 xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.
Bildirək ki, “Paşa Sığorta” məhkəmə iddiasını mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərlə əlaqəli olaraq qaldırıb.
Xəbəri rus dilində oxuyun: "Paşa Sığorta" подала в суд на владельца этих маршрутов

Məlumat üçün bildirək ki, “Çinar-Trans” MMC 29.07.2002-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Faiq Yusifov, ev 45A, m. 72-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov İsmayıl Yaqub oğludur.
Onu da qeyd edək ki, 165, 202, 133, 160 kimi marşrut xətlərini istismar edən “Çinar-Trans” MMC-nin hazırda dövlət büdcəsinə 19 min 893 manat 34 qəpik vergi borcu da var.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top