DİN Cəbrayılda minaya düşən şəxslə bağlı məlumat yaydı - Yenilənib


Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində mina partlayışı baş verib. Müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxan 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu piyada əleyhinə minaya düşüb.
Bu barədə DİN Mətbuat Xidmətindən Yeniavaz.com-a məlumat verilib.
Bildirilib ki, tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb.
Araşdırmalar davam etdirilir.

***13:22
Noyabrın 2-də Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

DİGƏR XƏBƏRLƏR

Top