"Ermənistan və Azərbaycanın birbaşa dialoqu davamlı sülh üçün açar rolunu oynayır"


“ABŞ Ermənistanla Azərbaycan arasında sülh və danışıqların bərqərar olmasına sadiqdir”.

Yeniavaz.com ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu haqda mətbuat brifinqi zamanı departament nümayəndəsi Ned Prays danışıb.
“Hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və tərəflərin istədiyi davamlı sülhə nail olmaq üçün açar rolunu oynayır. Beləliklə, Ermənistan və Azərbaycan arasında ikitərəfli əsaslarda danışıqlara töhfə vermək üçün növbəti aylarda tərəfdaşlarımızla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində işləməyə davam edəcəyik. İki ölkə arasında davamlı sülhə nail olmaq üçün daha faydalı hesab etdiyimizi edəcəyik”, - deyə Prays qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top