Bakıda minə yaxın bina söküləcək - Rəsmi


Paytaxt Bakıda istismar müddəti başa çatan 9 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı "Xəzər xəbər"ə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
 “Bakıda 1000-ə qədər qəzalı vəziyyətdə bina mövcuddur. Bu binalarda 100-dən 200-ə qədər ailə yaşayır. Artıq xüsusi proqram hazırlanıb”, - şəhər meri deyib.
E. Əzizov qeyd edib ki, söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Həmin binalarda yaşayan sakinlər isə mərhələli  şəkildə köçürüləcəklər.

DİGƏR XƏBƏRLƏR

Top